Qaxda yanğın baş verib
29 iyul 2014 02:06 (UTC +04:00)

Qaxda yanğın baş verib

0

APA-nın məlumatına görə, Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Qax şəhəri Azərbaycan küçəsində  qeydə alınıb.

 

İlqar Ramazan oğlu Məmmədova məxsus, ümumi sahəsi 50 sotuq (0,5 hektar) olan üzüm bağında baş verən yanğın qısa müddət ərzində genişlənərək üzüm bağı sahəsinin həmsərhəddində tikilən, Zakir Tahir oğlu İsakova məxsus, ümumi sahəsi 150 kv/m olan altıaçığa və əraziyə yaxın “Sahil parkı”nın arxa hissəsindəki ümumi sahəsi 1 ha olan quru ot sahəsinə keçib.

 

Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin  yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Baş vermiş yanğın nəticəsində İlqar Məmmədova məxsus üzüm bağı, Zakir İsakova məxsus altıaçığın 60 kv/m sahəsinin yanar konstruksiyaları və “Sahil parkı”nın arxa hissəsindəki ümumi sahəsi 1 ha olan quru ot sahəsi yanıb.

 

Yanğınsöndürənlərin səyi nəticəsində altıaçığın qalan hissəsi yanğından mühafizə edilib, quru ot sahəsindəki yanğının “Sahil parkı”na keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 819

Oxşar yazılar