<span style="color:red;">ŞOK!  Bakıda məscidi belə yandırmaq istədilər - <span style="color:red;">YENİLƏNİB
26 noyabr 2014 23:20 (UTC +04:00)

ŞOK! Bakıda məscidi belə yandırmaq istədilər - YENİLƏNİB

Bakıda məscidi yandırmağa cəhd göstərilib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

 

Hazırda polis məscidi yandırmağa cəhd göstərən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

 

*****

 

10:59

 

Noyabrın 26-da səhər saat 01:55 radələrində Qaraçuxur məscidində yanğın olub. Lent.az-ın hafta.az-a istinadən verdiyi məlumata görə, məscidə 6-7 min manat həcmində ziyan dəyib.

Məscidin axundu Mirmahmud Fəttayev məscidin yandırıldığını iddia edib. Lakin bununla bağlı rəsmi məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4253
avatar

Oxşar yazılar