Ölkəmizin Qarabağ bölgəsində axşam saat 21-dən sonra güclü külək başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarında hazırda küləkli hava şəraiti və yağış müşahidə olunur.
Artıq sözügedən rayonlarda bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Zərər haqda məlumat yoxdur. Amma APA-nın Qarabağ bürosuna Ağdam və Tərtər rayonlarında ağacların və elektrik dirəklərinin aşması barədə xəbərlər daxil olur.