Qarabağ qazisi, “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi Mehman Hüseynov dünən ürək çatışmazlığından vəfat edib.
Lent.az-ın qazilər.az saytına istinadən məlumatına görə, M.Hüseynovun ölümü barədə onun döyüşçü dostları xəbər yayıb.
Xatırladaq ki , Mehman Azərbaycan Milli Ordusunun “Şıxov” adlı batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Kərkicahanda əsir düşən M. Hüseynov əsirlikdən azad olunduqdan sonra xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənildiyindən o, etiraz əlaməti olaraq 2006-cı ildə Bakıda Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib.
Qeyd edək ki, o Bakının Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş .
Allah rəhmət eləsin!