Qanunsuz küçə ticarəti ilə məşğul olan əcnəbilər saxlanılıb
31 may 2018 11:23 (UTC +04:00)

Qanunsuz küçə ticarəti ilə məşğul olan əcnəbilər saxlanılıb

0

Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə  və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.

 

Bu barədə Lent.az-a DMX-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, saxlanılan Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub. Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib. 

 

Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar