Sumqayıt şəhərində soyğunçuluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Nuranə Hümbətovanın 7500 manatını və qızıl əşyalarını hədə-qorxu ilə tələb etməklə almış şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Əbdürrəhmanov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
.