Qadını soyan 20 yaşlı oğlan tutuldu
27 aprel 2015 11:16 (UTC +04:00)

Qadını soyan 20 yaşlı oğlan tutuldu

0

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs yaxalanıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da saat 05 radələrində Cavadxan küçəsində Bakı şəhər sakini  Kəmalə Müftəliyevanın əlindən içərisində 60 manat, mobil telefon və tələbə kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əlibala Rəşad oğlu Quliyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar