Azərbaycanda məmur FACİƏSİ: maşının altında... - FOTO - YENİLƏNİB
Hacıqabulda ötən gecə yük avtomobili ilə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 41 yaşlı Abbasov İbrahim Eldəniz oğlu "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.
APA-nın əldə etdiyi məlumata görə, Z. Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.
***
00:20
Hacıqabulda yük avtomobili ayıl kişi piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 00.00-da Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub.
Təkərin altında qalan pyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.
Hazırda meyitin aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00