Putin yürüşə müharibədə ölən atasının şəkli ilə qatıldı
Rusiya mətbuatı Moskvada İkinci Dünya müharibəsində qələbənin 70 illiyi münasibətilə keçirilən təntənəli mərasimlər və hərbi parad haqda təəsüratlarını yazır.
Virtualaz.org-un xəbərinə görə, “Moskovskiy komsomolets” qəzetinin müxbirləri mərasimləri izləyərəkən maraqlı detalı müşahidə ediblər. Hərbi paradın başa çatmasından sonra başlayan xalq gəzintisinə-“Ölməz polk” aksiyasına heç kimin gözləmədiyi halda prezident Vladimir Putinin də qatılmasıdır. “Ölməz polk” aksiyasında yaxınlarını müharibədə itirmiş şəxslər onların portretləri ilə qatılıblar. Habelə veteranlar “Ölməz polk”u canlandıran yürüşdə iştirak ediblər.
Bu zaman yürüşçülər Putinin əlində müharibədə həlak olan atasının fotosunu tutaraq onlara qatıldıqlarını görüblər. “O, sadə əsgər idi, milyonlarla digər sadə əsgərlər kimi bu meydandan keçməyə haqqı var idi, ancaq qismət olmadı”-Putin bildirib.
111