Bakıda pulla dolu seyfi oğurlayan şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu il martın 1-ə keçən gecə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Ramil Aslanova məxsus mebel fabrikindən (3-cü Mədən küçəsi) içərisində 19 min 600 manat olan dəmir seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Zülfiyev tutulub.