Goranboy RPŞ-nin əməkdaşları tərəfindən iyunun 21-də rayon sakini N.İbrahimovun 800 manatını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Lent.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, hadisədə şübhəli bilinən Xoylu kənd sakini Nicat Mirzəyev tutulub. Faktla bağlı araşdırmalara başlanılıb.
Daha bir oğurluq faktının üstü açılıb. Belə ki, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini F.Yəhyayevanın çantasından içərisində 700 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Azad Yusibov saxlanılıb.