Çay evində qadının çantasını soydular
31 may 2016 12:17 (UTC +04:00)

Çay evində qadının çantasını soydular

0

Mayın 20-də Yasamal rayonunun Yeni Yasamal-1 yaşayış sahəsində yerləşən çay evlərindən birindən oğurluq edilib.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluq hadisəsi zamanı Bakı şəhər sakini Adilə Abışovaya məxsus çantadan 330 manat pul oğurlanıb.


Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə hadisəni törətmiş Tovuz rayon sakini Mahmud Mahmudov tutulub.

 

 

Bundan başqa, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-30-da rayon sakinləri Fuad Əliyevə və Şükür Zeynalova məxsus mağazalardan pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamış Biləsuvar rayon sakinləri Fərid Mirzəyev və Həsən Mirzəyev saxlanılıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar