Baş Prokurorluğun müvafiq qurumları Azərbaycanda qaz partlayışları ilə bağlı konkret tədbirlər görəcək. Lent.az-ın məlumatına görə, bu barədə BP-da keçirilən kollegiya iclasında müvafiq qurumlara tapşırıqlar verilib. Belə ki, qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin ediləcək.