Prokuror AXCP üzvünə 7 il həbs cəzası istədi
25 may 2015 15:23 (UTC +04:00)

Prokuror AXCP üzvünə 7 il həbs cəzası istədi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən  AXCP üzvü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə,  prosesdə məhkəmə istintaqının başa çatdığı bildirilib. Söz dövlət ittihamçısına verilib. O, çıxışında məhkəmədən Elvin Abdullayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

 

Qeyd edək ki, Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar