Professor Turan Yazqanın xatirəsi anılıb
22 noyabr 2014 22:20 (UTC +04:00)

Professor Turan Yazqanın xatirəsi anılıb

İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, professor Turan Yazqanın vəfatının ikinci ili münasibəti ilə anım mərasimi keçirilib.

 

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbul universiteti ədəbiyyat fakültəsinin konfrans salonunda keçirilən mərasimdə çıxış edən TDAV başqanı Közhan Yazqan, atasının vəfatından sonra Vəqfin yoluna davam etdiyini və “Dildə, fikirdə, işdə birlik” şüarının həyata keçirilməsi istiqamətində praktik işlərin vüsət aldığını vurğulayıb.

 

Mərasimdə çıxış edən yazar Abbas Abdulla Turan Yazqanla bağlı xatirələrindən danışıb.

 

Millət vəkili Qənirə Paşayeva da Türk dünyasının inteqrasiyası yolunda professor Turan Yazqanın rolundan bəhs edib.

 

Mərasimin sonunda bu ilki Turan Yazqan mükafatı Macarıstandakı Turan Vəqfinin başqanı Andraş Biroya verilib.

 

Mərasimin sonunda azərbaycanlı müğənni Azərin konsert proqramı ilə çıxış edib.

 

Qeyd edək ki, 1938-ci ildə Türkiyənin Isparta vilayətinin Əğirdir qəsəbəsində anadan olan Turan Yazqan 1959-cu ildə İstanbul universitetinin iqtisadiyyat fakültəsini bitirib. İstanbul universitetində elmi kariyerinə başlayan Turan Yazqan,1979-cu ildə professor elmi dərəcəsi alıb. 1980-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfini (TDAV) qurub. TDAV 1992-ci ildə Bakıda Atatürk litseyini və İqtisad universitetində menecmentlik fakültəsini açıb. Vəqfin Qazaxıstanın Çimkənt universitetində Turan Yazqan adına institutu və Qırğızıstanın Cəlalabad şəhərindəki universitetdə fakültəsi var. TDAV indiyə qədər 2 miyon səhifədən çox kitab və dərgi çap edib, yüzlərlə beynəlxalq konfransın təşkilatçılığını öz üstünə götürüb. Vəqfin himayəsində 1994-cü ildən bəri Türk dünyası uşaq şənliyi keçirilir.

 

TDAV başqanı professor Turan Yazqan 22 noyabr 2012-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Anadan olduğu Isparta vilayətinin Əğirdir qəsəbəsindəki bir litseyə professor Turan Yazqanın adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28