Prezident Lüksemburq hersoqunu təbrik edib
21 iyun 2014 18:30 (UTC +04:00)

Prezident Lüksemburq hersoqunu təbrik edib

0

Azərbaycan prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anrini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

 

“Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar