Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi üçün 8,9 milyon manat ayrılıb.