Prezident Administrasiyası və GİN birgə mətbuat konfransı keçirəcək
09 iyun 2015 18:14 (UTC +04:00)

Prezident Administrasiyası və GİN birgə mətbuat konfransı keçirəcək

0
Azərbaycan Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin iyunun 11-də birgə mətbuat konfransı keçiriləcək.

 

APA-nın məlumatına görə, saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək konfrans yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. 

 

Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 163

Oxşar yazılar