Polis maşınının aşması nəticəsində 24 məhbus hadisə yerindən qaçıb
Kolumbiya paytaxtında 20 məhbus həbsdən qaçıb.
APA Tass-a istinadla xəbər verir ki, məhbusların qaçmasına səbəb onları bir həbsxanadan digərinə daşıyan polis maşının aşması olub.
“El Tiempo” nəşrinin məlumatına görə, hadisə çərşənbə axşamı gecə Boqota şəhərinin qərbində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb. Polis qaçan məhbusların axtarışına başlayıb.
755