Azərbaycanda vətəndaşlardan külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşadət Əzizovdan və Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əhmədovdan 4 kiloqram 785 qram tiryək götürülüb.
Araşdırma aparılır.