Polis “Gelandewagen”li toy karvanına görə hərəkətə keçdi
06 noyabr 2013 14:08 (UTC +04:00)

Polis “Gelandewagen”li toy karvanına görə hərəkətə keçdi

Bir neçə gün öncə Bakıda "Mercedes Gelandewagen”li avtomobil karvanı ilə müşayiət olunan toy mərasiminə görə polis artıq axtarışlara başlayıb. Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, 25 “Gelandewagen” avtomobilinin iştirak etdiyi toy “kortej”inin yol-nəqliyyat qaydalarını pozduğu bildirilir. Buna görə də, yol polisi axtarışa başlayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı hətta keçmiş nazir Səfər Əbiyevin ailəsinə müraciət olunub. Lakin ailədən bu toy karvanını keçmiş nazirin oğlunun toyu ilə əlaqəli olmadığı bildirilib. 

“Qafqazinfo” toy sahibinin kimliyini müəyyən etmək üçün kiçik bir araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, mərasim noyabrın 4-də “Hollywood” şadlıq sarayında baş tutub. Bəlli olub ki, toy sahibi mətbuatda qeyd edildiyi kimi sabiq müdafiə naziri deyil, azərbaycanlı iş adamlarından biri olub. İş adamı ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmişik. Belə ki, səs-küylü toy sahibi olan biznesmen Salyan rayonunun Qarabağlı kəndindən olan Qurban Abbasovdur (Hacı Qurban). Ona məxsus şirkətlər arasında oğlu İlkin və qızı Nigarın adını daşıyan “İlkin N” və “Nigar LTD”-nin şirkətlərinin adı var.

Toy iş adamının oğlunun – ilkin bəyin olub. İlkin və Səidə cütlüyünün toy mərasimində tanınmış simalardan aparıcı İlkin Həsənli, Manana, Mənsum İbrahimov da iştirak edib. 

Qeyd edək ki, bu toyun sahibləri ötən il də səs-küylü toy kortejləri ilə yadda qalan Ayxan və Nigar cütlüyü ilə qohumdurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6389
avatar

Oxşar yazılar