"Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil" - RƏSMİ  - YENİLƏNİB
07 iyul 2014 16:08 (UTC +04:00)

"Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil" - RƏSMİ - YENİLƏNİB

0
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şabranda poçt müdirinin intihar etməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb: “Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
 

 

***

15.30

 

Poçt müdiri intihar etdi

Şabran rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3518

Oxşar yazılar