PKK terrorçuları İğdırdan Naxçıvana gedən TIR-ı yandırdı
17 iyul 2015 10:25 (UTC +04:00)

PKK terrorçuları İğdırdan Naxçıvana gedən TIR-ı yandırdı

0

 

 

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.

 

Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.

 

Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar