Yasamal rayonu ərazisində yol qəzası baş verib. APA -nın məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsində, Nərimanov heykəlinin qarşısında qeydə alınıb.
Şahidlər bildirib ki, “Prado” markalı avtomobil əvvəlcə yolu keçmək istəyən piyadanı vuraraq, ona xəsarət yetirib. Daha sonra yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəzanı törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada 20 yaşlı Hüseynov İsmayıl Sabir oğlu təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.