
Pirşağıda ağır yol qəzası zamanı 2 nəfər xəsarət alıb
Bakının Sabunçu rayonunda baş verən ağır qəzası zamanı 2 nəfər yaralanıb.
ONA-nın xəbərinə görə, hadisə Pirşağı qəsəbəsində baş verib.
1992-ci il təvəllüdlü Dadaşov Murtuzağa Hüseynağa oğlu rayon ərazisində "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə səkiyə, daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində sürücü və 23 yaşlı sərnişin Məmmədov Rövşən Arif oğlu xəsarət alıb.
Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. M.Dadaşova dizin əziyi, R.Məmmədova isə alın nahiyəsinin kəsilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.
M.Dadaşova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39