Paytaxtda zəncirvari qəza: dörd maşın toqquşdu
30 mart 2015 07:06 (UTC +04:00)

Paytaxtda zəncirvari qəza: dörd maşın toqquşdu

Ötən gecə paytaxtda zəncirvari qəza baş verib.

 

APA-TV-nin  məlumatına görə, qəza zamanı üç "Mercedes"lə bir "Toyota" toqquşub.

 

Qəza Yasamal rayonun Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Tural Hidayətovun idarə etdiyi "Mercedes" işıqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı maşınlar toqquşub. Nəqliyyat vasitələri daha sonra "Toyota" və İntiqam Qarayevə məxsus başqa bir "Mercedes"ə çırpılıblar.

 

Qəzadan sonra hadisə yerinə Yasamal rayon yol polisi şöbəsinin əməkdaşları gəliblər. Daha sonra avtomobillər cərimə meydançasına aparılıb. Qəza ilə bağlı Yasamal rayon yol polisi şöbəsində araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122

Oxşar yazılar