Paytaxtda minik maşını qatara çırpıldı, yaralı var
02 aprel 2015 01:24 (UTC +04:00)

Paytaxtda minik maşını qatara çırpıldı, yaralı var

Bakının Sabunçu  rayonu ərazisində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə "Atəşgah" dairəsində baş verib.

 

"Lada Priora" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşın qatara çırpılıb. Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141

Oxşar yazılar