Paytaxtda gözəllik salonunda yanğın olub
26 aprel 2015 01:58 (UTC +04:00)

Paytaxtda gözəllik salonunda yanğın olub

0

Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan “MİLEDY” gözəllik salonunda baş verib. Nəticədə salonun hamamında tavan 2 kv.m sahədə yanıb. Gözəllik salonunun qalan hissəsi yanğından mühafizə olunub.

 

Zərdab şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evdə baş vermiş yanğın nəticəsində evin 1 otağının, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar