Biləcəri qəsəbəsində ağır bıçaqlanma hadisəsi baş verib. 1974-cü ildə Naxçıvanda anadan olan Qurbanov Yaşar Aftandil oğlu bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlərin ciddi səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Əməliiyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib.
APA TV-nin xəbərinə görə, məlum olub ki, bir ad günü mərasimində içki içildikdən sonra qonaqlar arasında papaq üstündə mübahisə yaranıb. Sonra əlbəyaxa dava düşüb. Dalaşanlardan Binəqədi rayon sakini, 1986-ci il təvəllüdlü Mürsəl Fərquzadov məclisi tərk etsə də, Yaşar Qurbanıv onun ardınca evlərinə gedib. Mübahisə yenidən qızışıb və Mürsəl Fərquzadov atasının maşınından götürdüyü bıçaqla Yaşar Qurbanovu bıçaqlayıb.
Mürsəl Fərquzadov əvvəllər də oxşar cinayətə görə məhkum edilib. Verilən şərti cəzası bitməmiş, o, yeni cinayət törədib.
Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb araşdırma aparılır.