Özünü şübhəli apardı, oğurladığı inəklərlə birgə tutuldu
28 oktyabr 2019 18:25 (UTC +04:00)

Özünü şübhəli apardı, oğurladığı inəklərlə birgə tutuldu

 
 
Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi “Toyota” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə rayon Polis Şöbəsinə təhvil verilib.
 
Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar