Oyuncaq tapança ilə iki nəfəri hədələyən keçmiş məhkum saxlanıldı
01 iyun 2019 13:29 (UTC +04:00)

Oyuncaq tapança ilə iki nəfəri hədələyən keçmiş məhkum saxlanıldı

Bakıda iki nəfəri hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdi xəbərə görə, mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılıb və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar