<b>Adnan Oktarın 200 milyon dollarlıq sərvəti müsadirə edildi</b>
11 iyul 2018 16:46 (UTC +04:00)

Adnan Oktarın 200 milyon dollarlıq sərvəti müsadirə edildi

Türkiyədə Adnan Oktar işi ilə bağlı polis beş vilayətdə araşdırmalara başlayıb. Öz övladlarını oğurlamaqda ittiham edilən Adnan Oktarın 200 milyon dollarlıq sərvəti də müsadirə edilib.

 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Adnan Oktara qarşı silahlı qruplaşma yaratmaq maddəsi ilə cinayət işi açılıb. Əmlakı müsadirə edilib. Oktarın evindən 100 min dollarlıq silah-sursatın çıxdığı bildirilir.

 

Silahlı qruplaşma yaratmaqda ittiham olan Adnan Oktar işində artıq 166 nəfər həbs olunub. 235 nəfər barəsində isə məhkəmə axtarış hökmü çıxarıb. Onlardan 129-u kişi, 106-sı isə qadındır.

 

Son bir ayda Türk İslam Camaatı liderindən polisə 900-dən artıq şikayət daxil olub. O və dəstə üzvləri azyaşlılara qarşı cinsi təcavüzdə, qadın alverində, adam oğurluğunda suçlanır. Adnan Oktarın Vyanada yaşayan keçmiş həyat yoldaşı Elvan Koçak bir müddət əvvəl övladlarının təriqət lideri tərəfindən qaçırıldığını, uzun müddətdir ki, uşaqlarının taleyindən xəbərsiz olduğunu bildirib.

 

Bir zaman Adnan Oktarın yanında yer alan qadınlardan Ceylan Özgül sosial mediada Oktarın “kedicik”lərinin bellərində silah gəzdirdiyini açıqlayıb. Polis bundan sonra əməliyyat hazırlayaraq camaaat liderinin evinə basqın təşkil edib.

 

Bundan başqa, Türk İslam Camaatı liderinin evindən canlı yayıma çıxan A9 TV kanalı da bu gündən fəaliyyətini tam şəkildə dayandırıb.

 

Adnan Oktarın həbsi İsrail mediasında da əsas manşet xəbəri kimi təqdim edilib. “İsrailin dostu olan müsəlman həbs edildi” başlıqlı yazılar yəhudi mediasının əsas xəbər başlıqlarından olub.

 

Qeyd edək ki, Azərbaycanda da müəyyən qədər tərəfdarı olan Harun Yahya təxəllüslü camaat lideri cinsi istismar, qadın alveri, silah saxlama, silahlı qruplaşma yaratmaq kimi maddələrlə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Tural TURAN

Oxşar yazılar