Həbsxanaya qadağan olunmuş əşya keçirmənin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 17 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman gödəkcəsinin cibindən 1 ədəd “Nokia C2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Ata həbsxanadakı oğluna cibində...
470