Azərbaycanda 2015-ci il ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 ton 127 kq 395,322 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 12689 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 698 kq 636,109 qr-ı marixuana, 240 kq 097,617 qr-ı tiryək, 80 kq 311,795 qr-ı heroin, 57 kq 863,271 qr-ı həşiş, 62,385 qr-ı kokain, 50 kq 424,325 qr-ı psixotrop maddələr və digərləri, 1750 ədədi həb, o cümlədən 12689 ədəd çətənə kolu olub.