Ötən gün atəşkəs 31 dəfə pozub - YENİLƏNİB
07 iyun 2014 11:49 (UTC +04:00)

Ötən gün atəşkəs 31 dəfə pozub - YENİLƏNİB

 Azərbaycan Müdafiə Nazirliyi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejiminin ümumilikdə 31 dəfə pozulduğunu açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

 

İşğalçılar Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar