Ötən gün 60 cinayət hadisəsi baş verib
08 avqust 2013 15:28 (UTC +04:00)

Ötən gün 60 cinayət hadisəsi baş verib

Respublikanın daxili işlər orqanları tərəfindən  ötən gün ərzində 60 cinayət faktı qeydə alınıb. Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Onların da 25-i “isti izlər”lə açılıb.

 

Ötən gün ərzində həmçinin, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar