Ötən gün 42 cinayət faktı qeydə alınıb
22 iyun 2013 19:14 (UTC +04:00)

Ötən gün 42 cinayət faktı qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  onların da 20-si “isti izlər”lə açılıb.

Bundan başqa, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar