Orxan Zeynalovun vəkili: "Qərarla razı deyilik, şikayət edəcəyik"
28 iyul 2014 18:56 (UTC +04:00)

Orxan Zeynalovun vəkili: "Qərarla razı deyilik, şikayət edəcəyik"

0

Moskva sakini Yegor Şerbakovu qətlində təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun vəkili Moskva şəhər məhkəməsinin verdiyi qərarla razılaşmayıb, apelyasiya məhkəməsinə müraciət edəcək. Lent.az-ın məlumatına görə, bu barədə vəkil Abbasmirzə Abdullayevin ANS TV-yə açıqlama verib. Vəkil bildirib ki, onlar O. Zeynalovun Cinayət Məcəlləsinin 105-ci maddənin 2 bəndi ilə cəza almasına qətiyyən razı deyilik: “Çünki bu adi ölüm halıdır. Bizim mövqeyimiz dəyişməyib. Və qərarı yazılı şəkildə alan kimi, dərhal apelyasiya məhkəməsinə müraciət edəcəyik”.

 

Məhkəmədə ittiham irəli sürən prokuror Anastasiya Şpakovskya deyir ki, hakim O. Zeynalovun xuliqanlıq səbəbindən adam öldürməsi ilə bağlı dövlət ittihamçısı tərəfindən irəli sürülən tələbləri qəbul edib: “Hesab edirik ki, alınan qərar qanuna və ədalətə uyğundur. Cəza müddəti də həmçinin”. 
 

Qeyd edək ki, bir ilə yaxındır davam edən cinayət işinin araşdırılıması bu gün tamamlanıb və Moskva şəhər məhkəməsinin qərarı ilə Orxan Zeynalov Yegor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək, 17 il həbs cəzası alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1120

Oxşar yazılar