Ötən gün cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E. Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasiminin sonunda hərbi orkestr Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
***
09:53
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.