Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.
Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.
Təlimlər davam edir.