Oqtay Şahmalıyev: ”3 nəfərin həyatını xilas etmək mümkün olmadı ”
10 avqust 2013 12:19 (UTC +04:00)

Oqtay Şahmalıyev: ”3 nəfərin həyatını xilas etmək mümkün olmadı ”

Azərbaycanda bu həftə də dəniz canlar alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, bu həftə ərzində 4 nəfər suda boğulub: “ 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb”.

 

Baş həkimin müavini ilansancma faktlarına gəlincə bildirib ki, bu həftə ərzində paytaxtda cəmi bir nəfəri ilan sancıb: “Həmin şəxs də xəstəxanaya yerləşdirilib”.

 

O. Şahmalıyev onu da bildirib ki, ilansancma kimi hadisələr əsasən Bakıətrafı ərazilərdə baş verir.

 

Baş həkimin sözlərinə görə, son iki həftə ərzində paytaxtda günvurma hadisələri ilə  bağlı təcili yardıma müraciət edilməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973

Oxşar yazılar