Şengen zonasını xilas etmək mümkün oldu.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitinin yekunlarını şərh edərkən bəyan edib.
“Şengen olmasa, Avropa da olmayacaq. Şengen zonası bu gün xilas oldu”, deyə F.Olland bildirib.
Xatırladaq ki, martın 7-də Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.