Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən daha 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin Lent.az-a verdiyi məlumata görə, onlar bacı-qardaş olublar . Bunlar Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızıdır ( 1995).
17:02
Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən daha 5 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin Lent.az-a verdiyi məlumata görə, 5 nəfərdən 3-ü qadın, 2-si kişidir. Bunlar Məhərrəmova Fərəh Elnur qızı ( 3 yaş ), Bağırov Sahib Rəhim oğlu (1969) , Bağırova Firəngiz Rəhim qızı (1955 təvəllüd) , Şirinova Zülfiyyə Yavər qızı ( 1972), Nəcəfzadə Yaşar Fazil oğludur ( 27 yaş ).
16:00
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev APA-ya açıqlamasında ölənlərdən daha birinin şəxsiyyətinin müəyyən edildiyini bildirib. Bu, Hüseynov Ayxan Şahin oğludur (2 yaş).
***
Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən üçünün şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin MəhkəmTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, şəxsiyyəti müəyyən olunanlardan ikisi uşaq, biri isə qadındır.
Bunlar Cavadov Ömər Vüqar oğlu ( yaş yarım ), Kərimova Nazilə Malik qızı ( 39 yaş ) və Kərimova Ayan Anar qızıdır ( 5 yaş).