Nazirlik inək oğruları ilə bağlı məlumat yaydı
31 may 2016 18:54 (UTC +04:00)

Nazirlik inək oğruları ilə bağlı məlumat yaydı

0

 

Oğurluq etdiklərinə görə tutulmuş Ağcabədi rayon sakinlərinin digər cinayət əməlləri də müəyyən edilib.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluq üstündə yaxalanmış Arif Hüseynovun, Rövşən Əliyevin, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Ağcabədi RPŞ və Ağdam RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb.

 

Belə ki, onlar 2014-cü il iyulun 27-dən cari il fevralın 10-dək olan müddətdə həmyerliləri Ramiz Səlimova məxsus 2 baş inəyi, Əli Ələsgərova məxsus 2 baş qoyunu, Etibar Şirinova məxsus 27 baş qoyunu, Məmməd Abışova məxsus 2 baş inəyi, Təbriz Bayramova məxsus 2 baş inəyi, habelə Akif Zülfüqarovun həyətindən 2 baş inək, Eldəniz Orucova məxsus fermadan 1 baş inək də oğurlayıbmışlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar