Oğlanla qızın qucaqlaşması qanla bitdi:<span style="color:red;"> 52 yaşlı kişi...
25 oktyabr 2019 11:17 (UTC +04:00)

Oğlanla qızın qucaqlaşması qanla bitdi: 52 yaşlı kişi...

Bakının Xətai rayonunda qətl hadisəsi olub.
 
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 24-ü saat 23 radələrində, Xətai rayonu, Nəsirəddin Tusi küçəsində baş verib. Belə ki, həmin ünvanda Qəribağa Nadir oğlu ilə Çərkəzzadə Sərfinaz Elxan qızının içkili halda qucaqlaşmasını görən 1997-ci il təvəllüdlü Sabunçu qəsəbə sakini Murad Tağıyev onlara iradını bildirib. Bu zaman qucaqlaşan qız və oğlanla az əvvəl içki içən 1967-ci il təvəllüdlü Hamlet Novruzov məsələyə müdaxilə edib. Bunu görən Murad Tağıyev özündə olan bıçaqla Novruzov Hameltin döş qəfəsinin sol yan səthinə kəsilmiş-deşilmiş xəsarət yetirərək onu öldürüb.
 
Meyit məhkəmə-tibbi ekspertiza üçün Xətai rayon şöbəsinə göndərilib, qətl zamanı istifadə olunan bılçaq maddi sübut kimi götürülüb.
 
Qətli törədən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar