Odessada azərbaycanlılara atəş açan şəxs həbs edilib
05 may 2015 15:37 (UTC +04:00)

Odessada azərbaycanlılara atəş açan şəxs həbs edilib

0

 

Ukraynanın Odessa şəhərində 3 azərbaycanlıya atəş açan 21 yaşlı bolqar tələbə haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın "korrespondent.net" saytına istinadən yaydığı xəbərə görə, bu barədə Odessanın Kiyev rayon Məhkəməsi qərar qəbul edib.

 

Mayın 1-də şəhərdə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar