“Qəzzadakı fələstinlilərin ölməsi və yaralanması bir faciədir”. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama bildirib. Obama qeyd edib ki, insanlar harada yaşamasından asılı olmayaraq, müdafiə olunmalıdırlar: “Gərginliyin səngiməsi birinci növbədə İsrail və Fələstin üçün faydalıdır”.
ABŞ prezidenti vurğulayıb ki, iki ölkə arasında yenidən atəşkəs elan edilməlidir.