Novxanı çimərliyində faciəvi hadisə
01 iyul 2013 11:53 (UTC +04:00)

Novxanı çimərliyində faciəvi hadisə

Bakıda 17 yaşlı oğlan dənizdə boğulub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batıb.

 

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən T.Ələkbərovun cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2297
avatar

Oxşar yazılar