İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Gəncə şəhər Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi təyin edilib.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
17:27
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
APA-nın əldə etdiyi məlumata görə, N. Qocayev daha yüksək vəzifəyə təyinat alıb.