Nicat Dağlar Bakıya qayıtdı
10 avqust 2013 22:31 (UTC +04:00)

Nicat Dağlar Bakıya qayıtdı

Səhhətində yaranmış problemlə əlaqədar Almaniyaya müalicəyə göndərilmiş jurnalist Nicat Dağlar bu gün axşam saatlarında Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, hava limanında onu qarşılayan həmkarları ilə söhbətində Nicat Dağlar bildirib ki, oktyabra qәdәr müalicәsi burada davam edәcәk. Oktyabrda yenidәn Almaniyay qayıdacaq.

 

O, bir neçә gün sonra jurnalistlik fәaliyyәtini bәrpa edәcәyini deyib.

 

Xatırladak ki, bir neçə gün əvvəl “Facebook” səhifəsində ağır və çətin günlərini artıq geridə qoyduğunu vurğulayan Nicat Dağlar Almaniyada xüsusi müalicə proqramından keçdiyini bildirib: “Orqanizm tədricən normal fəaliyyətini bərpa edir. Artıq əvvəlki kimi və hətta bir qədər də gümraham. Sözsüz ki, müalicə davam etməli, dərmanlarımı qəbul etməli və hələlik orqanizmin immuniteti o qədər de güclü olmadığından əlavə təsirlərdən qorunmalıyam. Oktyabrın ikinci yarısında isə yenidən Almaniyaya qayıtmalıyam. Yenidən müayinədən keçəndən sonra mənə ilik köçürülməsinə ehtiyac olub-olmamasına qərar veriləcək”.

 

Qeyd edək ki, prezident İlham Əliyev Nicat Dağların müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Nicat Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar